Paylaş
Facebook Twitter Google+

İmam Həsən (ə) məscidə get-gəl etməyin səkkiz faydası və əhəmiyyəti

İmam Həsən (ə) məscidə get-gəl etməyin səkkiz faydası və əhəmiyyəti, başqa sözlə, məscid əhlinin səkkiz xüsusiyyətindən danışaraq buyurur:

مَنْ أَدامَ الاْخْتِلافَ إِلَی الْمَسْجِدِ أَصابَ إِحْدی ثَمان: آیةً مُحْکَمَةً وَ أَخًا مُسْتَفادًا وَ عِلْمًا مُسْتَطْرَفًا وَ رَحْمَةً مُنْتَظِرَةً وَ کَلِمَةً تَدُلُّهُ عَلَی الهُدی أَوْ تَرُدُّهُ عَنْ رَدًی وَ تَرْکَ الذُّنُوبِ حَیاءً أَوْ خَشْیةً

Daim məscidə gedən insan səkkiz faydadan birini əldə edər:

1. “Möhkəm ayə və nişanə”: Məscidə get-gəl edən insan həmin məscidin ruhanisi, imam camaatı və yaxud digər məscid əhlindən ilahi ayə və nişanələr dinləyəcək və onların məna, məfhumunu dərk edəcəkdir.

 

2. “Bəhrələnə biləcəyi dost”; İnsanın cismani və ruhi-psixoloji sağlamlığında yaxşı dostun təsiri danılmazdır. Məscid fürsət və imkan yaradır ki, cismani və psixoloji sağlamlığımıza təsir göstərə, bizi ilahi aramlığa çatdıra biləcək yaxşı dost tapaq. Dostundan boş vaxtını doldurmaq və xoş güzəran keçirmək məqsədilə istifadə edənlər yanılırlar.

 

3. “Yeni elm və bilik”: İslamda elm və elm əhlinə xüsusi yer ayrılır. Sözsüz, Quran təlimlərinə əsasən, elm əhli olmaq imtiyazdır, Quran ayələrində bilənlə bilməyən bərabər tutulmur. İnsan məscidə get-gəl etməklə İslam alimlərinin elmindən istifadə edəcək, yeni-yeni mətləblər eşidəcək, öyrənəcəkdir.

 

4. “Gözlənilən ilahi rəhmət”: İmam Həsənin (ə) buyruğuna əsasən, məscidə get-gəl etmək ilahi rəhmət, xeyir və bərəkətin nazil olmasına şərait yaradır, başqa sözlə, məscid rəhmət və xeyir-bərəkət evidir.

 

5. “İnsanı doğru yola yönəldən söz (eşidəcək)”: İnsan məscidə get-gəl etməklə haqq və doğru söz eşidərək haqq və doğru yolda addımlayacaq, əbədi səadəti qazana biləcək.

 

6. “İnsanı alçaqlıq və çirkinlikdən uzaqlaşdıran söz (eşidəcək)”: Günahın maddi və mənəvi təsirləri, onun acı nəticələri ilə tanışlıq insan həyatında böyük təsirə malikdir, insanı çirkinliklərdən amanda saxlaya bilər.

 

7. “Allahdan utanıb günahları tərk etmək”: Allahdan həya edib günahları tərk edən insanın imanı artar və bu, zaman ötdükcə “səciyyə”yə çevrilə bilər.

 

8. “Allahdan qorxub günahları tərk etmək”: Məscid günahların tərkini gücləndirən daxili mühərrikdir. (“Tuhəful-uqul”, səh.2235; “Əl-mustədrək”, 3-cü cild, səh.359, hədis 3778.)Rza Şükürlü

 

Bənzər Olanlar