Paylaş
Facebook Twitter Google+

İmam Kazimin (ə) hədisinə əsasən İnsanın həyatının dəyəri

Allahın cihad edənlərlə sövdələşməsi! Quran ümumilikdə dünyada yaşamağı bazara bənzədir.

 

إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

"Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur." (Tövbə, 111).

İzah: Cihad, Allahla dəyəri nemət dolu ilahi Cənnət olan şirin və karlı sövdələşmədir. Bu həqiqət yuxarıdakı ayədə Quranın nüfuzedici dilindən bəyan olunmuşdur. Quran ümumilikdə dünyada yaşamağı bazara bənzədir. Belə ki, onun satıcıları – insanlar – canları və malları kimi dəyərli əmtəə üçün Cənnət kimi uyğun və layiqli dəyər biçirlər.

Hədis: İmam Kazım (ə): “Sizin üçün Cənnətdən qeyri dəyər yoxdur. Elə isə özünüzü Cənnətdən başqasına satmayın.” (Kafi, c. 1, səh. 19, hədis: 12).-nur-az

 

Bənzər Olanlar