Paylaş
Facebook Twitter Google+

İNSAN RUHUNUN 4 ÇƏTIN SIXINTI ANINDA İMAM SADIQIN (Ə) GÖSTƏRIŞLƏRI

Ruhun təskinliyi və sakinlik tapması üçün İmam Sadiqdən (ə) göstərişlər:

Həzrət İmam Sadiq (ə) buyurur: Təəccüb edirəm o şəxsdən ki, 4 şeydən qorxur amma bu 4 kəlmələrə sığınmır:

1-Təəccüb edirəm o şəxsdən ki, qorxu ona qələbə çalmış, necə olur ki, bu zikrə sığınmır: \"Həsbunallah və Niməl-vəkil\" Ali-İmran sur, ayə: 173,

2-Təəccüb edirəm o şəxsdən ki, qəmgin və üzgünlük ona qələbə çalmışdır, necə olur ki, bu zikrə sığınmır: \"La ilahə illa ənt, sübhanəkə inni kuntu minəz-zalimin\" Ənbiya, s. ayə: 87, Necə ki Yunis Peyğəmbər (ə) bu zikrlə balığın qarnından nicat tapdı Ənbiya/88.

3-Təəcccüb edirəm o şəxsdən ki, ona qarşı hiyləgərlik olub, necə olur ki, bu zikrə sığınmır: \"Ufəvvizu əmri ilallah, İnnallahə bəsirun bil-ibad\" Ğafir s. ayə: 44.

4-Təccüb edirəm o şəxsdən ki, dünya və onun gözəlliklərindən istəyir, necə olur ki, bu zikrə sığınmır: \"Maşə Allah la qüvvətə illa billah\". beytoote.com

Bənzər Olanlar