Paylaş
Facebook Twitter Google+

Əhli-Beyti (ə) ziyarət edə bilməsək kimlərin görüşünə gedək?! İmam Kazimin (ə) hədisi

Alimləri və seyyidləri ziyarət etmək – məkarim əxlaqdan hesab olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Mən Qiyamət günü dörd dəstənin şəfaətçisiyəm, baxmayaraq ki, dünya əhlinin günahlarını özləri ilə gətirsələr belə:

1. O kəslər ki, mənim övladlarıma yardım edərlər.

2. O kəs ki, övladlarımın ehtiyacı olduğu zaman sərvətini ona əta edər.

3. O kəs ki, dili və qəlbi ilə övladlarımı sevər.

4. O kəs ki, övladlarım giriftar olan zaman onları aradan qaldırmaq üçün səy göstərər”.

 

İmam Kazım (ə) buyurur: “O kəsin ki, bizi görməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələrin görüşünə getsinlər ki, bizi görməyin savabı onun üçün yazılar.

O kəsin ki, bizi ziyarət etməyə imkanı olmaz, bizim dostlarımızdan olan saleh bəndələri ziyarət etsinlər ki, bizi ziyarət etməyin savabı onun üçün yazılar”./Deyerler.

Bənzər Olanlar