Paylaş
Facebook Twitter Google+

Qurani və Hədislərə əsasən ən böyük bəla nədir?!

Rəbbin rəhmətindən məyus olmaq böyük günahlardandır! Hədis: İmam Əli (ə): “Ən böyük bəla ümidsizlikdir.” (Qürərul-hikəm, c. 2, səh. 373, hədis: 286).

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

"(Qullarıma) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhimlidir!'" (Zumər, 53).

İzah: Allahın bəndələrinə mehribanlığı və lütfü o qədər genişdir ki, Öz rəhmətindən naümid və məyus olmağı ən böyük günahlardan biri hesab edir. Bəli, günahları göylər qədər olsa da tövbə qapısı bəndələrin üzünə əsla bağlanmır (Misbah, Kəfəmi, səh. 376). Allahın mərhəmətindən məyus olmaq günahkar bəndənin keçmişi düzəltmək ümidini əlindən alır və çox ola bilsin ki, o, günahlarını da artırır. Buna görə də Rəbbin rəhmətindən məyus olmaq böyük günahlardandır və din öndərləri tərəfindən pislənmişdir. Yuxarıdakı ayə bəndələri mümkün olan ən gözəl ifadə ilə ümidsizlikdən çəkindirir və Allahın geniş mərhəmət və əfvini xatırladır.

 

Bənzər Olanlar