Paylaş
Facebook Twitter Google+

Həzrət Fatimənin (s.ə) mübarək şəxsiyyəti ilə bağlı əhkami məsələlər

Fəqihlər Həzrət Fatimə (s.ə) barəsində bəzi nöqtələri bəyan etmişdilər ki, onlarla tanış olaq:

 

1. Həzrət Zəhranın (s.ə) Məsum (ə) olmasına etiqad bəsləmək. Peyğəmbərimiz (s), qızı Fatimənin (s.ə) Məsum olduğunu dəfələrlə vurğulamışdır və ona görə də hər bir Əhli-Beyt (ə) davamçısının vəzifəsidir ki, Xanımı (s.ə) Məsum olaraq qəbul etsin. Xanım(s.ə), 14 Məsumdan (ə) biridir.

 

2. Namazın xütbələrində xanımın adının çəkilməsi. Baxmayaraq ki, Həzrət Zəhra (s.ə) İmam deyildir, ancaq 14 Məsumdan (ə)olduğu üçün namazın xətibi gərək onun adını xütbələrdə səsləndirsin və ona salavat göndərsin.

 

3. Xanımın adına təharətsiz (dəstəmazsız) toxunmağın hökmləri. Bu haqda üç hökm vardır:

a). Bəzi fəqihlər toxunmamağı ehtiyat-vacib bilir.

b). Bəziləri toxunmamağı ehtiyat-müstəhəb bilir.

c). Bəziləri toxunmağı haram bilir.

 

4. Ad qoymaq. Əgər Allah Təala Öz bəndəsinə qız övladı əta edərsə, müstəhəbdir ki, ona Xanımın (s.ə) adlarından birini qoysun. İmam Rza (ə) buyurur: “O evdə ki, Muhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah, qadınlardan Fatimə adını daşıyan vardırsa – yoxsulluq oraya daxil olmaz”.

 

5. Yalan qoşmaq orucu pozar. Həzrət Zəhraya (s.ə) yalan qoşmaq – haram əməllərdəndir. Və fiqhi baxımdan orucu da batil edər. Bu səbəbdən fəqihlər buyurur ki, Xanımın (s.ə) adından yalan danışmaq orucu batil edər, gərək tövbə etsin.

 

6. Həzrət Zəhraya (s.ə) and içmək. Fəqihlər buyurur ki, ancaq Allaha and içməyə əgər əməl olunmursa o zaman kəffarəsi olar. Qalan şəxslər haqqında belə hökm yoxdur. O cümlədən, Xanıma (s.ə) and içməyin də.

Amma bu, mömin üçün bir müqəddəs ünvandır. Odur ki, ehtiramını saxlamalıdır.

 

7. Həzrət Zəhranın (s.ə) namazı. Fəqihlər öz kitablarında namaz bəyan etmişdilər ki, “Həzrət Zəhra (s.ə) namazı” adı ilə məşhurdur. Əlbəttə ki, Xanımın (s.ə) namazı deyildikdə, məqsəd odur ki, bu namazın qılınma qaydasını Xanım (s.ə) təqdim etmişdir.

 

8. Həzrət Zəhranı (s.ə) ziyarət etmək. Baxmayaraq ki, Xanımın (s.ə) qəbrinin harada olması dəqiq məlim deyildir, ancaq fəqihlər, Xanım (s.ə) haqqında İmamlardan (ə) bizə çatan ziyarətnaməni oxumağı tövsiyə edirlər.

 

9. Xanımın (s.ə) təsbihatı. Həzrət Zəhranın (s.ə) təsbihi – ən mötəbər və fəziləti olan Allah zikrlərindəndir. İmam Sadiq (ə) buyurur: “Hər gün namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihini etmək – mənim üçün hər gün qılınan min rükət (müstəhəb)namazdan daha üstündür”./Deyerler.

 

Bənzər Olanlar