Paylaş
Facebook Twitter Google+

Qadın yalnız hansı halda imam-camaat ola bilər? – Ayətullah Xamenei

İslaminSesi. – Qeyd edək ki, namaz Allah Təalanın insanlara vacib əmridir. Heç bir halda namazı tərk etməyə icazə verilmir. Hətta insanın bədəni və ya paltarı nəcis olduqda belə namazı tərk etməyə icazə yoxdur. Deyilən vəziyyət üçün belə xüsusi şəri göstərişlər vardır ki, şəriət məsələlərində geniş şəkildə izah verilmişdir.

 

Namaz vacib olmağı ilə bərabər, namazın savabını və nuraniyyətini artıran müstəhəb (savab gətirən) əməllər də mövcüddürki, bu əməllər namazı daha da bərəkətli edir. Bunlardan biri də camaatla qılınan namazlardır.

 

Adətən camaat namazlarında imam-camaat kişilərdən ibarət olur. Qadın imam camaat ola bilərmi?

 Bu barədə Hawzahnews.com xəbər agentliyi Ayətullah Seyyid Əli Xamneinin dəftərxanasına sual ünvanlayıb:

 

Sual: Qadın hansı halda camaat namazında imam-camaat ola bilər?

 Cavab: Qadının imam-camaat olması yalnız qadınlardan təşkil olunmuş camaat namazında icazəlidir.

 

Bənzər Olanlar