0
Qadın kişi namazının arasında olan fərqlər
Qadın və kişinin ibadətlərin arasında bəzi fərqlər var
o cümlədən Həcc ziyarətinə gedərkən qadın üçün xüsusi paltar geyinmək vacib
deyil, amma kişi üçün lazımdır ki, iki bədəni örtən parçadan başqa heç bir şey
geyinməsin. O cümlədən kişi və qadının namazında bəzi şəri hökmlər fərqlidir.
Bu yazımızda qadın və kişinin namazının şəri hökmlərində olan fərqlərin bir
neçəsinə işarə edirik: 1. Kişilər qısa paltarla da namaz qıla bilərlər və on-
lara təkcə cinsiyyət üzvlərini örtmək vacibdir. Amma müstəhəbdir ki, kişilər də
təmiz və səliqəli paltar geyin- dikləri halda namaz qılsınlar. Qadmlar isə namazı otaqda tək olsalar belə, yalnız
şəri örpəklə qılmalıdırlar. Şəri örpək dedikdə üz, əllər və ayaqlardan başqa
bədənin qalan hissəsini tamamilə örtmək nəzərdə tutulur. Həmçinin bu örpəyin
müəyyən bir paltar olması da şərt deyildir. Beləliklə, bədəni gö- stərən nazik
paltarlar istisna olmaqla, hər hansı bir adi paltarla namaz qılmaq olar. 2. Kişinin ipək paltar geyib, qızıldan istifadə etməsi haramdır və belə bir halda namazı batil sayılır. Qadı-
nın isə istər namaz, istərsə də başqa hallarda ipək və qızıldan istifadə etməsi
caizdir. 3. Kişiyə sübh, şam və işa namazlarmın «həmd» və
«İxlas» surələrini ucadan, günorta və əsr namazlarında isə onların asta
oxunması vacibdir. Bu hökm qadına vacib deyil, əksinə qadın sübh, şam və
işa namazlarınm «həmd» və «İxlas» surələrini uca və ya asta oxumaqda ixtiyara
malikdir. Amma bununla belə, onlara da ki- şilər kimi zöhr və əsr namazlarmı
asta oxumaq vacib- dir. 4. Heç bir halda namaz kişinin boynundan götürül- mür,
qadmlar isə heyz və nifas hallarmda namaz qılmamalıdırlar. Bu günlərdə
qılmadıqları namazlarm qəzası da vacib deyildir. üruclarmın qəzasını isə
tutmalıdırlar. Hazırladı: Höccətul İslam Yusif Əliyev. Mgeo.ge