Paylaş
Facebook Twitter Google+

Qadın səcdə edərkən yaylıq onun alnı ilə möhür arasında qalsa nə etməlidir?

Səcdə zamanı yeddi bədən üzvünün yerə dəyməsi lazımdır. Bunlar alın, iki əlin içi (ovuc), iki diz qapağı və iki ayağın baş barmaqlarıdır. Səcdə zamanı alın mütləq torpağın (möhürün) və ya torpaqdan çıxan, amma yeyilməyən və geyilməyən maddənin üzərində olmalıdır. Digər 6 üzvün torpaq (möhür) və ya torpaqdan çıxan, yeyilməyən və geyilməyən maddə üzərində olması vacib deyil.

 Ovuclar, dizlər və ayaq barmaqları xalçanın üzərində də ola bilər. Həmçinin, alınla möhür arasında gərək maneə də olmasın. Əgər qadının hicabı alnı ilə möhürün arasında qalsa və bu maneəni aradan qaldırmasa, səcdə etibarsız sayılacaq. Buna görə də alnı möhürdən qaldırmadan ehmalca hicabı alınla möhürün arasından dartıb kənara çəkmək və səcdə zikrini söyləmək lazımdır./az.islam.

 

Bənzər Olanlar