Paylaş
Facebook Twitter Google+

Yaxını rəhmətə getmiş kişinin 40 gün saqqal saxlaması barədə dinimizdə göstəriş varmı?

Ümumiyyətlə, dinimizə görə, kişinin üzündəki tükü dibindən qırxması çox bəyənilməz hal sayılır. Müctəhidlərimiz bu işi ehtiyata görə haram bilirlər ki, bu da günah səviyyəsində olan hərəkətdir. Buna görə də kişinin üzündə az da olsa saqqal olması hər zaman lazımdır. Saqqal saxlamağın matəmə dəxli yoxdur. Yaxın adamı rəhmətə getmiş şəxsin 40 gün üzünü qırxmaması isə dinlə bağlı olan məsələ deyil, milli adət-ənənədir. Bununla insanlar kədər içində olduqlarını və özlərini səliqəyə salmaq, bəzəmək fikrinə düşmədiklərini nümayiş etdirirlər. Bu hərəkəti dinimiz nə bəyənir, nə də qadağan edir. Əgər saç-saqqal 40 gün ərzində çox uzansa və səliqəsiz, pinti hala düşsə, onu səliqəyə salmaq daha yaxşıdır./az.islam.

Bənzər Olanlar