Paylaş
Facebook Twitter Google+

Hansı hallarda qadın ərindən icazə almadan evdən çıxa bilər?

Yusif Əliyev

2015-03-21 06:19:11 967 Şəri Məsələlər

İslam şəriətinə görə qadına vacibdir ki, evdən çıxmaq üçün ərindən razılıq alsın. 

Lakin səkkiz halda qadına icazə verilir ki ərindən icazə almadan evdən çıxsın. Bunlar aşağıdakılardır:

1- Zəruri miqdarda əqaidini öyrənmək üçün və şəri məsələləri mənimsəmək üçün;

2- Özünü müalicə etdirmək üçün, bu şərtlə ki, evdə müalicə mümkün olmasın; 

3- Evdə qalmaqla malına, canına və yaxud namusuna zərər yetəcəyi halda; 

4- Evdən çıxmamaqla yerinə yetirə bilməyəcəyi vacibi–eyni əməlləri yerinə yetirmək üçün. Məs: Vacibi həccini yerinə yetirmək üçün.

5- Evdə qalması dözülməz dərəcədə çətin olan hal qabağa gələrsə;

6- Əgər kəbin kəsilən zaman əri ilə şərtləşmiş olsa ki, evlənəndən sonra idarə işlərində işləmək və yaşayış yeri seçmək haqqına malik olsun;

7- Ərinin qazanc gətirməyə gücü çatmadığı, yaxud onun üçün (arvad üçün) ərin boynunda vacib olan maddi təminatı yerinə yetirməkdən imtina etdiyi halda;

8- Zülmə məruz qaldığı barədə şikayət etmək məqsədi ilə (lazımi orqanlara) xəbər vermək üçün evdən çıxan halda.

Bundan başqa hallarda qadın ərinin icazəsi olmadan mənzili tərk edə bilməz.

Sual: Əgər ər arvadından intiqam almaq və onu incitmək məqsədi ilə ona evdən çıxmağa icazə vermirsə, bu halda da arvada vacibdir ki, ərinə itaət etsin və evdən çıxmasın? (Hansı ki, əvvəllər icazə verərdi)
Cavab: Ərin arvadından intiqam alması və ona əziyyət etməsi insanlıqdan kənar, islam əxlaqına yad bir əməldir. Lakin bununla yanaşı əgər icazə vermirsə, qadına vacibdir ki, çıxmasın. Yalnız bir halda ki, evdə qalması dözülməz dərəcədə çətin olsun, bu zaman çıxa bilər. Topladı: Hoccətul İslam: Yusif Əliyev.

Mgeo.ge

Bənzər Olanlar