Ayətullah Vəhid Xorasanidən vəhdətlə bağlı fətva – Müqəddəsləri təhqir etmək olmaz! | Muslims in Georgia
Paylaş
Facebook Twitter Google+

Ayətullah Vəhid Xorasanidən vəhdətlə bağlı fətva – Müqəddəsləri təhqir etmək olmaz!

“Onların müqəddəslərini təhqir etmək olmaz, böyüklərini söymək və lənətləmək də icazəli deyil...Əgər əhli-sünnə məmləkətinin bir qarşına belə təcavüz edilsə bütün şiələrin vəzifəsi onları müdafiə etməkdir”

 İslaminSesi.info TasnimNews -a istinadla xəbər verir ki, bunu Ayətullah Vəhid Xorasani “İslam Məzhəblərinin Yaxınlaşması Assambleyası”nin sədri Ayətullah Möhsün Əraki ilə görüşü zamanı deyib.

 

Şiələr arasında təfriqə salanların fiqhdən uzaq olduqlarını bildirən Ayətullah Vəhid Xorasanı müsəlmanların bir olması haqda bunu deyib:

 

“Fiqh və fəqahət bu kimi cərəyanlar arasında zay olaraq aradan gedib. Bu kimi işlər (ikrah hissi yaratmaqla təfriqə salmaq) möhtərəm qanların (canların) tökülməsinə səbəb olur. Halbuki imamların özlərinin göstərişləri bunun əksinədir. Dini göstərişlər buna təkidlə yanaşırlar. Hədislərdə deyilir ki, “onların (sünnilərin) məscidərində namaz qılın! Onların xəstələrinə baş çəkin! Onların ölülərinin dəfn-kəfnində iştirak edin!.”

 

Ayətullah Vəhid Xorasani əhli-sünnə alimləri və rəhbərlərinin təhqir edilməsinin icazəli olmadığını belə bəyan edib:

 “Hədislərdə deyilir ki,  “bizə zinət olun, bizə ar olmayın!”. Bu hədislərdə iki məsələ gəlibdir. Biri isbat, digəri isə inkar. İnkar budur ki, digər məzhəblərin nümayəndələri ilə düşmənçilik olmaz.  Onların müqəddəslərini təhqir etmək olmaz, böyüklərini söymək və lənətləmək də icazəli deyil. Çünki bu iş onların əhli-beytdən və əhli-beytin maarifindən uzaqlaşmasına səbəb olacaq. Amma hədisin isbat və təsdiq tərəfi isə budur: “Bizə zinət olun!”. Bu o deməkdir ki onların camaat namazlarında iştirak edin! Onlara məhəbbət göstərin və onların xəstələrinə baş çəkin ki bizim (əhli-beytin) kəlamlarımızı və maarifimizi onlara çatdırasız”

Bənzər Olanlar