Paylaş
Facebook Twitter Google+

Marketlərdə alış-veriş zamanı karta yüklənən bonuslara görə verilən hədiyyələr halaldırmı?

Marketlərdə satılan mallar və o malların alışı zamanı ödənilən pullar market sahibinin mülkü sayılır və o mülkdən istifadə hüququ da marketin sahibinə məxsusdur. Əgər marketin rəhbərliyi öz alıcılarını alış-verişə həvəsləndirmək üçün könüllü şəkildə bu üsullardan istifadə edirsə, burda haram yoxdur. Alıcılar marketdə qoyulan qaydalara əsasən alış-veriş zamanı qazandıqları bonus ballarına uyğun olaraq onlara verilən hədiyyəni qəbul edə bilərlər.

 

Eləcə də, əgər lotereya bileti əlavə pul ödənilmədən, alış-veriş müqabilində alıcıya təqdim edilirsə və müəyyən müddətdən sonra püşkatma yolu ilə qalıb seçilirsə, burda da günah yoxdur. Həmin lotereya uduşlarını da qəbul etmək icazəlidir (hədiyyənin növündən asılı olmayaraq). Eləcə də, marketlərdə bonus kimi pul məbləği təyin edilsə, yəni bonusa uyğun olaraq alış zamanı məbləğdə güzəşt olunsa, günah sayılmır.

Bənzər Olanlar