Paylaş
Facebook Twitter Google+

Saakaşviliyə zərbə: Vaşadze partiya yaradır

Muslims in Georgia

2016-05-07 20:41:20 2564 Siyasət Region

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ən yaxın adamlarından biri olan Georgi Vaşadze özünə partiya yaradır.
Bunu Vaşadze öz tərəfdarları qarşısında çıxış edərkən söyləyib. O bu il keçiriləcək parlament seçkisinə yaratdığı yeni partiya ilə qatılacağını bildirib:
“Mən dörd il Vahid Milli Hərəkatın perspektivinin olduğuna inandım. İndisə yeganə perspektiv kimi yeni siyasi partiyanın yaradılmasını görürəm”.
Qeyd edək ki, Vaşadze bir müddət öncə Saakaşvilinin partiyasından ayrılıb. O ayrılığına əsas səbəb kimi partiyanın hazırkı liderləri ilə fikirlərinin uzlaşmamasını göstərib. (axar.az)

Bənzər Olanlar