Paylaş
Facebook Twitter Google+

Türkiyə: “Gürcüstan NATO-ya qəbul edilməlidir”

Muslims in Georgia

2016-04-20 19:02:21 3275 Siyasət








Gürcüstanın fəaliyyət planı olmadan NATO-ya qəbul edilməsi texniki cəhətdən mümkündür.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.  

 

Çavuşoğlu Gürcüstanın NATO-nun bütün tələblərinə cavab verdiyini bildirib:

 

“Biz Gürcüstanı tam olaraq dəstəkləyirik. Ankara bu məsələni NATO nazirlərinin bütün görüşlərində qaldırır. Varşava sammiti zamanı NATO genişlənməlidir. Biz Montoneqroya Alyansa qəbul edilməsi üçün dəvət göndərmişik. Bosniya-Hersoqovina, Makedoniya və Gürcüstana da eyni dəvət göndərilib. Ankara Gürcüstanın NATO-ya üzvlüyünü hər zaman dəstəkləyir”. 


Bənzər Olanlar