Paylaş
Facebook Twitter Google+

Gürcüstanda azərbaycanlı deputat Vahid Milli Hərəkat partiyasının sıralarını tərk edib

Muslims in Georgia

2016-12-26 19:04:59 2514 Siyasət

Gürcüstan parlamentinə proporsional qaydada deputat seçilən Azər Süleymanov Vahid Milli Hərəkat partiyasını tərk edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

 

A. Süleymanovun “Gürcüstanın Avropa Gələcəyi Naminə” parlament fraksiyasına daxil olduğu bildirilir.

 

Yerli mətbuata açıqlama verən A. Süleymanov qərarının partiya daxilində baş verən münaqişə ilə bağlı olmadığını bildirib: “Mən artıq partiyanın Siyasi Bürosunun üzvü deyiləm. Partiyadan çıxan yalnız mən deyiləm”.

 

A. Süleymanov Milli Hərəkat Partiyasının qurultayında heç bir qarşıdurma olmayacağını bildirib.

 

APA-nın Gürcüstan bürosunun müxbiri dəfələrlə A. Süleymanovla əlaqə yaratmağa çalışsa da, onun telefonu bağlı olub.

 

Qeyd edək ki, azərbaycanlı deputatlardan Ruslan Hacıyev bu gün parlamentdə qeydiyyatdan keçən "Gürcü Arzusu - mühafizəkarlar" fraksiyasının, Savalan Mirzəyev isə “Gürcü Arzusu-sosial demokratlar” fraksiyasının üzvü olub.

Bənzər Olanlar