Paylaş
Facebook Twitter Google+

Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı

Muslims in Georgia

2016-02-02 09:17:57 755 Siyasət






“Gürcüstan onu dəstəkləyən, ona yardım edən hər kəsə minnətdardır”.

Azərbaycan və Türkiyə Gürcüstanın strateji tərəfdaşlarıdır, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Ermənistanın paytaxtı İrəvanda brifinq zamanı bəyan edib.

“Azərbaycan və Türkiyə bizim strateji tərəfdaşlarımızdır. Türkiyə - NATO üzvü olan qonşu ölkədir, bu isə münasibətlərimizi daha da dərinləşdirir və möhkəmləndirir. Gürcüstan onu dətəkləyən, ona yardım edən hər kəsə minnətdardır”, - Xidaşeli deyib, Oxu.Az “Novosti Qruzii”yə istinadən xəbər verir.

Yanvar ayının 31-də başlayan səfər çərçivəsində Xidaşeli Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan, öz həmkarı Seyran Ohanyan, XİN rəhbəri Edvard Nalbandyan, eləcə də bütün ermənilərin Katalikosu İkinci Qareqin ilə görüşüb.

Bənzər Olanlar