Paylaş
Facebook Twitter Google+

Komitə: "dini hisslərin təhqir olunmasına qarşı cərimə tətbiq etməyi" dstəklədi

Muslims in Georgia

2016-02-02 15:39:17 749 Siyasət

Parlamentin İnsan Hüquqları Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsi ilk iclasdaca deputat Soso Caçvliani tərəfindən təklif olunmuş qanun layihəsini dəstəklədi. Komitədə müzakirələr zamanı qanun layihəsində düzəlişlər edildi və sonraki düstur şəklini aldı  " Şəxsin dini heysiyyatı təhqir etmək 300 larilik cəriməyə, təkarrlandığı təqdirdə isə 600 larilik cəriməyə laiq görüləcəkdir. Dini müqəddəslikləri təhqir və nəcis etmək 500 lari miqdarında cərimədir".  

Qanun layihəsinə Eka Beselia, Qedevan Popxadze, Pati Xalvaşi, Merab Kaçaxidze və Vladimer Açba dəstək verdilər. 

"İkinci iclas üçün  öz hüquqlarının müdafiəsində maraqlı olan dini təşkilatları ilədə əlavə məsləhətlər edə bilərik. Əgər müəllif müəyyən məsləhətlərdən keçsə, yaxşı olar. Biz isə razılaşdıq ki, sadə şəkildə yazılsa bu məqsəd üçün daha da yaxşı olar." - dedi Komitə sədrinin müavini Qedevan Popxadze. 

 Qanun layihəsinin müəllifi Demoqrafik İnkişafı fondunun müdiri Zviad tomaradzedir, təşəbbüskarı isə -Soso Caçvliani. İzahat kartına görə, "Bir neçə ildir ki söz və ifadə azadlığı adı altında mütəmadi olaraq gizlin ya aşkar şəkildə həm Gürcü Provoslav Kilsəsi, həm də ölkədə mövcud olan müxtəlif ənənəvi dinlərə qarşı təhqiramiz hərəkətlər nümayiş olunur. Qeyri-müəyyən qruplar və şəxslər məqsədyönlü şəkildə  dini müqəddəslklərin, binaların, rəmzlərin təhqiri ilə məşğuldur. Sosial şəbəkədə onlarla Allahı inkar edən, Provoslav kilsəsini təhqir edən, onun rəhbərini və iyerarxiyalarını aşağılayan səhifə yaranıb. 2012-ci ilin sentyabrın 9-da qeyri-müəyynə şəxslər Kaşueti kilsəsinin hasarına müqəddəs Ninonun karrikaturasını çəkib altına da : "Pussy Riot" yazıblar. 


"Tabulla"

Tərcümə edəni: Oqtay Kazımov

ÖNCƏKİ YAZI

Bənzər Olanlar