Paylaş
Facebook Twitter Google+

Zeytun, soğan, sarımsaq, xurma və digərlərin faydaları barədə hədislər

Ramal Əmiraslanov

2018-10-18 07:40:43 1271 Təbabət

Zeytun. - Həzrət Peyğəmbər (s) buyurur: “Zeytun yaxşı yeməkdir. Ağzı xoş ətirli edər. Bəlğəmi aradan aparar, əsəbləri möhkəm edər. Xəstəliyi aparar və qəzəbi yatızdırar”.

 

Sarımsaq. -Həzrət Peyğəmbər (s) buyurur: “Sarımsaq yeyin, 70 xəstəliyə şəfa verər”.

 

Qarağat. - Həzrət Peyğəmbər (s) buyurur: “Sizə qarağat yeməyi tövsiyə edirəm. Çünki ödü dəf edər, bəlğəmi aradan aparar. Əsəbləri gücləndirər, yorğunluğu uzaqlaşdırar. Əxlaqı gözəl edər, ruha rahatlıq verər və qəmi aradan aparar”.

 

Hamilə vaxtı xurma yemək. -Həzrət Peyğəmbər (s) buyurur: “Hamilə qadına hamilə qaldığı aydan xurma yedizdirin ki, övladı səbirli və nəfsini saxlayan olsun”.

 

Yemiş. -  Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir hamilə qadın yoxdur ki, hamilə vaxtı yemiş yesin, övladı gözəl və xoş əxlaqlı olmasın”.

 

Kudu.  -Həzrət Peyğəmbər (s) buyurur: “Kudu yeyin, çünki ağlı iti və beynin (fəaliyyətini) çox edər”.

 

Kərəviz. - Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurur: “Övladım, kərəviz ye. Çünki kərəviz peyğəmbərlərin təvəzidir. Xızr (ə) və İlyasın (ə) yeməyidir. Kərəviz damar tutulmasını açar, qəlbə təravət verər. Hafizəni gücləndirər, dəlilik, cüzam və qorxunu uzaq edər”.

 

Ət.  -Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 40 gün ət yeməzsə, pis əxlaqlı olar. Hər kim 40 gün ət yeyərsə, qəlbi daşlaşar”.

 

Duz. - Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Yeməyini duzla başla, çünki duzda 70 dərdin şəfası vardır: dəlilik, xora, boğaz ağrısı, diş ağrısı, ürək ağrısı o cümlədən bu dərdlərdəndir”.

 

Əncir. - Həzrət Peyğəmbər (s) buyurur: “Ənciri təzə və qurudulmuş halda yeyin. Babasilin kökünü kəsər, gut xəstəliyi üçün faydalıdır”.

 

Mərci. - Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Sənə mərci yeməyi tövsiyə edirəm. Çünki pak və mübarəkdir. Qəlbi yumşaq və göz yaşlarını çox edər. 70 peyğəmbər (ə) davamlı olaraq ondan istifadə ediblər”.

 

Soğan. - Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bir şəhərə daxil olsanız, oranın soğanından yeyin. Çünki soğan yeməklə oranın ümumi xəstəliklərindən amanda olarsınız”.

 

Xurma. - Həzrət Peyğəmbər (s) buyurur: “Ac qarına xurma yeyin, mədə və bağırsaqda olan parazitləri öldürür”.

 

Alma.  - Həzrət Peyğəmbər (s) buyurur: “Almanı ac qarına yeyin, çünki mədəni pakizə edər”.

 

Kahı. - Həzrət Peyğəmbər (s) buyurur: “Kahı yeyin, çünki kahı yuxu gətirər və yeməyi tez həzm edər”./Deyerler.

Bənzər Olanlar