Paylaş
Facebook Twitter Google+

Google-un süni intellekti ilk dəfə Avropa çempionunu məğlub etdi

Muslims in Georgia

2016-01-28 16:58:06 3146 Texnoloqiya







“İlk dəfə kompüter peşəkarla rəqabət apara bildi”.

Google şirkətinin mütəxəssisləri dünyada ilk AlphaGo adlı süni intellekt sistemini yaradıblar. Bu süni intellekt Avropa çempionuna Go oyununda 5:0 hesabı ilə qalib gəlməyi və bu qədim Çin strategiyası oyununda bütün digər kompüter sistemlərini geridə qoymağı bacarıb.

Oxu.Az xəbər verir ki, bu barədə Nature jurnalında dərc edilmiş məqalədə yazılıb.

“İlk dəfə kompüter peşəkar-insanla rəqabət apara bildi, və mən AlphaGo-nun növbəti rəqibi olacağımla fəxr edirəm. Qalib və ya məğlub olacağımdan asılı olmayaraq bu Go-nun tarixində mühüm mərhələ olacaq.

Eşitdiyimə görə, süni intellektin bu sistemi oyunda çox güclüdür, amma mən əminəm ki, heç olmasa birinci dəfə ona qalib gələcəm”, - Go oyununun cənubi koreyalı dünya çempionu Sedol Li bildirib.

Süni intellektin bu sistemi Google şirkətinin Londonda yerləşən DeepMind bölməsindən olan Devid Silver və onun həmkarları ilə birgə hazırlanıb.

Alimlər qeyd ediblər ki, onların porqramı meydana gələnə qədər Go oynayan bütün süni intellekt sistemləri çox aşağı səviyyədə idilər, onların ən yüksək nailiyyəti peşəkarı yox, həvəskar oyunçunu məğlub etmək idi.

Şahmatdan fərqli olaraq, Go oyununda daha çox gediş və kombinasiya mümkündür, bu isə onları “ələməyi bacaran” alqoritmlərin yaradılmasını, növbəti gedişin hesablama zamanını azaltmağı və rəqibin növbəti gedişini proqnozlaşdırmağı çətinləşdirir. 

Bənzər Olanlar