Paylaş
Facebook Twitter Google+

Yaradılşın hədəfi nədir?

Yusif Əliyev

2015-03-16 15:35:45 1052 Üsuliddin Tovhid

Allah Təala yaradılışın hədəfi haqqında buyurmuşdur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. “Zariyat” 56.

“Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi - sonradan yaranması Onun qədimliyinə - elə əzəldən, həmişə olmasına, naqisliyi - Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz”. “İsra” 44.

“(Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir”. “Nəcm” 42.

“Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir”. “Ələq” 8.

“O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. “Bəqərə” 156.

Bu ayələr yaradılşın hədəfini müəyyən edir. Əlbəttə, Allaha çatmaq - məxluqların mütləq kamala çatmasıdır. Ona görə də xəlqin yaradılışdakı ən ali hədəfi kamala çatması və insanın İlahi qürbə yaxınlaşmasıdır.

Allah Təala bütün məxluqları üçün ən ali feyzdir və rəhmət yağışı həmişə məxluqlarının başına yağar. Ona görə də Allah elə bir müqəddəs Zatdır ki, gərək xəlq etsin, xəlq etmək və Fəyyaz olmaq - onun zatı sifətidir. Bu xəlqə ehtiyacı olan isə Allah deyil, məxluqdur.

Başqa sözlə desək, yaradılış - Allahın məxluqlarına etdiyi ehsan və feyzdir. Allah bu xəlqdə heç kimə ehtiyac duymamışdır və Mənnan Allah xəlqinin kamala çatmasını istəyir. Hər kimin nəyisə varsa və hər nə qədər bəhrəsi varsa, Allahın sayəsindədir. Allah Təala daima bəndələrinin ehtiyaclarını təmin edər.

İbadət də yaradılışın bir hədəfidir. İbadətin faydası hər nə qədər olursa-olsun, insanın özünə qayıdar. Onu inkişaf etdirib kamala çatdırar. Bu yolda bəndənin Allaha heç bir faydası olmaz. Allah hər nə iş görürsə-görsün, hikmət üzərində olar. Yaradılışda da hikmət vardır. Bu aləmə nəzər salan hər bir bəndə Onun nuşanəsini görər və hər addımda Onun yardımını hiss edər.

Beləliklə, deyə bilərik ki, insanın xilqətindəki hədəfi - təkamül və İlahi rəhmətə qovuşmasıdır. İnsanlar bu rəhmətdən istifadə edərək, təkamülün ən yüksək dərəcəsinə çata bilərlər.

“Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər. Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır”. “Hud” 118-119.

İmam Əli (ə) buyurur: “Sübhan Allah dünyanı həyatın müqəddiməsi qərar vermişdir. Onu insanlar üçün imtahan hesab etmişdir ki, yaxşı əməl sahiblərini tanıya bilsin. Bu, belə deyildir ki, biz dünya üçün xəlq olunmuşuq və vəzifəmiz ona görə səy etməkdir. Əksinə, imtahan üçün dünyaya qoyulmuşuq”. Deyerler

Mgeo.ge

Bənzər Olanlar