Paylaş
Facebook Twitter Google+

Niyə Allah bütün bəndələrinin hidayət olmasını iradə etməmişdir?

Ramal Əmiraslanov

2020-02-25 11:09:57 1105 Üsuliddin

«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik.   Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!». (“Səcdə”, 13).

Bu ayədən də göründüyü kimi, Allah hər bəndəsinin hidayət olmasını iradə edər. Ancaq bu, insanın özüdür ki, hidayət olmağını istəməz.

Bu ayədən belə nəticələr çıxartmaq olar:

1. İlahi hidayət iki yerə bölünər: təkvini və təşrii. Təkvini hidayət – ümumi hidayətdir və bütün məxluqlara şamil olur. Allah, fitrətinə qoyduğu sifətlərin vasitəsilə onu hidayət edər. Təşrii hidayət o hidayətdir ki, ağıl sahiblərinə aid edilir. O kəslərə ki, əqidə və etiqad mövzularında Allahdan bəhrə aparmaq iqtidarındadırlar. Bu hidayət əslində bütün insanlar üzərində minnət olar. İnsan, bu hidayətlərin hər iki növünə də malik olar. Ancaq ikinci yoldan istifadə etməsi öz seçimindən asılıdır.

2. Quran ayələrinin əksər hissəsi insanın ixtiyar sahibi olduğunu bəyan edir. Buyurur: “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).

3. Allahın qaydası belədir ki, məqsədə çatmaq üçün vasitələr hazır edir. Belə ki, insanın hidayət olması üçün Quran və Əhli-Beyt (ə) kimi yollar və vasitələri hazır qoymuşdur. İnsan, seçim etmə şansına malik olan məxluqdur. Ona görə də insan hidayət olub-olmamasını özü seçər və ona tərəf hərəkət edər.

Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, Allah bütün bəndələrini hidayət edir və insanın fitrətinə bunun üçün lazım olan sifətləri qoymuşdur. Yəni, hər bir insan təkvini hidayət olunar. Ancaq təşrii hidayət o kəslərə aiddir ki, həqiqi yolu tapa bilər və bu yolun həqiqi yol olduğunu bilərək, öz iradəsi ilə ona qədəm basar və hidayət olar. Ona görə də insanın hidayət olması ən çox öz seçimindən asılıdır. (Həvzəh)

Allah Təala insanı yaratmış, onun fitrətinə hidayət istedadı qoymuş, onu tam həcmli məlumatla təchiz etmiş və doğru yolla getməsi üçün hər bir imkan yaratmışdır. Bu, insandır ki, nəfsinin ardınca gedib, özünün aqibətini zay edir./Deyerler.

Bənzər Olanlar