Paylaş
Facebook Twitter Google+

Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi rəsmiləşib

Muslims in Georgia

2017-07-01 22:12:25 4183 Xəbərlər Ölkə

Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” Partiyası Tbilisi şəhər meri vəzifəsinə namizədini rəsmən açıqlayıb.

 

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında baş nazirin müavini, enerji naziri Kaxa Kaladzenin mer vəzifəsinə namizədliyi təsdiqlənib. Bu gün axşam baş nazir və partiyanın lideri Georgi Kvirikaşvili paytaxtın Mtasminda parkında Kaxa Kaladzeni rəsmən Tbilisi meri vəzifəsinə namizəd kimi mediaya və paytaxt sakinlərinə təqdim edəcək.

 

Qeyd edək ki, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər bu ilin oktyabr ayının üçüncü həftəsində keçiriləcək. Hakim partiyadan başqa, iki əsas müxalif qüvvə – “Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat partiyaları da paytaxt meri vəzifəsinə öz namizədlərini müəyyənləşdiriblər. “Avropalı Gürcüstan”ın namizədi parlamentin üzvü Yelene Xoştariya, Vahid Milli Hərəkatın namizədi isə “Rustavi-2” telekanalının populyar jurnalisti Zaal Udumaşvilidir.

SONRAKİ YAZI

Bənzər Olanlar