Paylaş
Facebook Twitter Google+

"Düşmənlə Suriyada döyüşməsəydik, Tehranda döyüşməli olacaqdıq"

Muslims in Georgia

2017-01-06 13:29:58 11409 Xəbərlər

Ayətullah Xamenei şəhid ailələri ilə görüşdə bu barədə danışıb

 

 

İslamazeri.az-ın “Khamenei.ir”-ə istinadən verdiyi xəbərə görə, İran Ali Dini lideri Ayətullah Xamanei Suriyada şəhid olanların ailələri ilə görüşüb. Xanım Zeynəbin hərəminin müdafiəsi uğrunda şəhid olanların yalnız ordunun deyil, bütün xalqın fəxri olduğunu deyən Ayətullah Xamenei bildirib: “Bu şəhidlərdən bəzilərinin ailə üzvlərinin dediyi sözlər adi ağılın qəbul edəcəyi məsələlər deyil.”

“Əgər ABŞ və İsrail rejiminin əlaltıları olan fitnəkarların qarşısı Suriyada alınmasaydı, biz gərək onlarla Tehranda, Xorasanda və İsfahanda mübarizə aparmalı idik. Bizim şəhidlər düşməni zərərsizləşdirdilər.”-deyə Ayətullah Xamenei bildirib.

Bənzər Olanlar