Paylaş
Facebook Twitter Google+

Ukraynanın Debaltsevo şəhərində 500 meyit tapılıb!

Yusif Əliyev

2015-03-09 18:05:11 954 Xəbərlər
ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ​Ukraynanın Debaltsevo şəhərində 500 meyit tapılıb

Ukraynanın Debaltsevo şəhərində atəş nəticəsində ölən 500 dinc sakinin meyiti aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer bəyan edib.

"Məruzədə Debaltsevoda qalan yüzlərlə adsız qurban nəzərə alınmayıb. Belə ki, ötən ay mühasirə aradan qaldırıldıqdan sonra Rusiya atəşindən evlərdə və zirzəmilərdə gizlənən 500 insanın cəsədi tapılıb", — deyə Samanta Pauer BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.

ABŞ nümayəndəsi bildirib ki, BMT Baş katibinin insan haqları üzrə köməkçisi Şimonoviçin məruzəsində bu faktlar yer almayıb.

Pauerin sözlərinə görə, Debaltsevo sakinləri qondarma Donetsk Xalq Respublikası qoşunlarının atəşinə məruz qalıblar.

Mgeo.ge

Bənzər Olanlar