Paylaş
Facebook Twitter Google+

Yaponiya 16000 qurbanla nəticələnən fəlakəti anır - VİDEO

Yusif Əliyev

2015-03-11 19:42:38 2078 Xəbərlər

Yaponiya/ FaktXəbər-in verdiyi məlumata görə, Yaponiya  2011-ci ildə baş verən zəlzələ və sunami qurbanlarının  xatirəsinə bir dəqiqəlik sükut elan edib.

Təbii fəlakət o zaman 16 min insanın həyatına son qoymuşdu. Rəsmi məlumatlara görə, təqribən 2 min nəfər itkin düşmüş hesab olunur.

Yaponiyanın imperatoru Akixito və baş nazir  Sindzo Abe Tokioda xatirə  mərasiminə rəhbərlik edblər. Matəm mərasimi  ölkə boyu keçirilib.

Zəlzələ və sunami həmçinin «Fukusima-1» AES-də  qəzaya səbəb olmuşdu ki, bu da 1986-cı ildə baş verən Çernobl qəzasından sonra ən böyük  texnogen fəlakət sayılır.

Mgeo.ge

Bənzər Olanlar