Paylaş
Facebook Twitter Google+

Mehman Hüseynov azadlığa buraxıldı - FOTO

Muslims in Georgia

2017-01-10 14:03:34 848 Xəbərlər

Jurnalist və bloqqer Mehman Hüseynov azadlığa buraxılıb. O, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə olunub. Məhkəmə önündə göz yaşları içində mətbuata açıqlama verən bloqqer fiziki təzyiqlərə məruz qaldığını bildirib.

---

Bloqqerin Nəsimi Rayon Məhkəməsinə aparıldığı deyilir. İslamazeri.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. Vəkil qeyd edib ki, bloqqer 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. O, polisə müqavimət göstərməkdə günahlandırılır. M.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsinə əsasən tutulub. Maddəyə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Mehman Hüseynovun dünən axşam radələrindən saxlanıldığı söylənilirdi. Bundan öncə ona qarşı təzyiqlərin olduğu barədə bloqqer özü məlumat vermişdi.

Bənzər Olanlar