0
Amerika Səfirinin İmam Əli (ə) hərəminə girməsinə ən güclü etiraz Muqtəda Sədrdən gəldi!
fa-alalam.ir xəbər agentliyinə istinadən: İraq şiə
ruhanilərindən olan Muqtəda Sədr çıxışında bildirib: Amerika Səfirinin İraqda
İmam Əli (ə) hərəminə girməsi səhv bir addım idi. Buna qarşı bütün xalqdan
istəyirəm ki, milyonlarla etiraz ərizəsi yığsınlar və ölkədə bu hörmətsizliyə
qarşı 3 gün ümumi matəm və müsubət günləri elan etsinlər.
Nəcəf rəsmiləri neçə gün öncə Stuart Jones
Amerika səfirini Nəcəfə dəvət etmişdi. Bu şəxsin imam Əli (ə) hərəminə
girməsini qınamalıdırlar. Bu hadisəyə görə gərək üzr istəsinlər.
O şəxslərə təəccüb edirəm ki, özlərini cihadçı
adlandırır, amma bu addımı pisləməyiblər. Nəcəf rəsmiləri və xalqı gərək bu
hadisə ilə əlaqədar etiraz ərizəsi hazırlasın və aksiyalar keçirsinlər.
Sədr bildirib: Bu şəxs İmam Əli (ə) hərəminə girməklə bir neçə mesaj verdi: Guya İraqda şiələr Amerika ilə
həmfikirdilər. Qəflətən ziyarətin ikinci mesajı isə yəni Amerika bu vilayətə
hakim və hər şeyə nəzarət edir. Muqtəda Sədr hədələyib: Əgər bir
daha belə bir şey təkrarlansa mən şəxsin bunun qarşısında hərəkətə keçəcəyəm!
Mgeo.ge