Paylaş
Facebook Twitter Google+

Fransada fövqəladə vəziyyət 2017-yə qədər uzana bilər

Muslims in Georgia

2016-01-28 17:05:10 28192 Xəbərlər










Parisdə 13 noyabr 2015-ci ildə təşkil olunan terror hücumlarından sonra Fransa üzrə elan edilən və hazırda qüvvədə olan fövqəladə vəziyyətin Fransadakı Sosialist Partiya hökuməti tərəfindən yenidən uzadılması tələbi, fövqəladə halın növbəti ilə qədər davam etdiriləcəyi iddialarını möhkəmləndirib.
 
Maide.az xəbər verir ki, paytaxt Parisdə 130 nəfərin öldüyü hücumların baş verdiyi axşam elan edilən fövqəladə vəziyyət, Fransa prezidenti Fransua Ollandın istəyi ilə müstəsna olaraq daha üç ay uzadılmışdı.
 
Fövqəladə vəziyyətin 26 fevralda nəzərdə tutulan son tarixinə bir neçə həftə qalmış Fransa hökuməti, terror təhdidinin davam etdiyini bildirərək, bu vəziyyətin bir daha uzadılması və konstitusiyada tam olaraq yer almasını tələb edib.
 
Hücumlardan dərhal sonra Fransanın baş naziri Manuel Valls DAEŞ tərəfindən "davamlı" bir terror təhdidi ilə qarşı-qarşıya olduqlarını iddia etsə də, vaxt keçdikcə Fransız hökuməti fövqəladə vəziyyətin sona çatması üçün yeni meyarlar təqdim etməyə başlayıb. Ötən həftə bir televiziya kanalında sualları cavablandıran Valls, fövqəladə halın DAEŞ "dünya miqyasında tamamilə məğlub olana qədər davam etdiriləcəyini" ifadə edib.

Bənzər Olanlar