Paylaş
Facebook Twitter Google+

ABŞ tankları sərhədə toplanır

Muslims in Georgia

2015-03-14 11:03:01 1964 Xəbərlər
ABŞ hərbi gücünü nümayiş etdirmək üçün bu həftə gəmi vasitəsilə 400-ə yaxın zirehli maşını Latviyanın paytaxtı Riqaya göndərib. 

ANS PRESS-in məlumatına görə, Pentaqon rəsmiləri bunun həmrəylik nümayişi olduğunu bildiriblər. General-mayor Con Okonnor deyib ki, biz NATO alyansın hərbi gücünü hər yerdə və hər zaman nümayiş etdirə bilərik. Hazırda biz Latviya xalqını inandırmağa çalışırıq ki, ABŞ və Avropa ordusu lazım olan zaman müttəfiqinə həm qurudan, həm havadan, həm də dənizdən dəstək verə bilər.




Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə ABŞ NATO ölkələrinə müdafiə xərclərini artırmağı tövsiyə edib. NATO-nun Uelsdə keçirilən sammitdə üzv ölkələr müdafiə sahəsinə ÜDM istehsalının cəmi 2 faizinin xərclənəcəyi barədə öhdəlik imzalayıb. Lakin aparılan araşdırmaların nəticələrinə görə, NATO-ya üzv olan 14 dövlətdən yalnız Estoniya bu öhdəliyə əməl edə bilər. Çünki Uelsdə sənədə imza atan ölkələr hərbi xərcləri azaldırlar.

Ekspertlərin fikrincə, Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə müdafiə xərclərinin artırılması Vaşinqtonla Avropa arasında mübahisələrin armasına səbəb olub. Maraqlıdır ki, bununla bağlı ABŞ-a edilən xəbərdarlıq Pentaqona məxsus tankların və hərbi gəmilərin hazırda NATO-nun Avropada keçirilən təlimlərinə qatıldığı vaxta təsadüf edir.

Xatırladaq ki, Rusiya Ukrayna ilə sərhəd bölgəsində daim hərbi təlimlər keçirir. Bir il əvvəl Rusiyanın Krımı ilhaqından və Ukraynanın şərqinə təcavüzündən sonra NATO dəfələrlə Rusiya təhlükəsinin artdığı barədə xəbərdarlıq edib. 

Mənbə
ANS PRESS
 

Bənzər Olanlar