Paylaş
Facebook Twitter Google+

Səudiyyə Ərəbistan 2014 ci ildə dünyanın ən böyük silah idxalçısı adnı aldı!

Yusif Əliyev

2015-03-08 08:55:02 944 Xəbərlər

fa-alalam.ir xəbər agentliyinə istinadən: Britaniya Ekspertəri London mətbuatlarında maraqlı bir məlumat yayımlayıblar. Məlumatda deyilir: 2014 ci ildə silahsatış bazarında 64 milyard, 400 milyon dollar həcmində silah alqı-satqısı həyata keçirilib. Bu miqdarda silah bazarında alış-veriş artımın göstəricisidir. Çünki 2013 ci ildə silah bazarında mübadilə dəyəri 56 milyard olmnuşdur. Yəni bir il ərzində 8 milyarddan çox silah bazarında artım gözə çapır. 

Verilən məlumatda deyilir: Silah alqı satqı bazarında fəal iştirak edən ölkələrin sayı 65 olmuşdur. 

Bu arada silah bazarında ən çox idxalçı olaraq birinci yeri Səudi Ərəbistan tutdu. Ərəbistanın aldığı silah dəyəri 6 milyard və 400 milyon dəyərində olduğu bildirilib. 

İkinci silah idxal edən ölkə isə Hindistan oldu. Hindistan hakimiyyəti 2014 ci ildə, 5 milyard və 500 milyon dollar dəyərində Amerikadan silah idxal etmişdir. 

Guman olunur ki, bu ildə də Səudi Ərəbistan hakimiyyəti 9 milyard və 800 milyon dəyərində yenə də silah idxal etmək fikrinə düşmüşdür.  Ekspertlərin fikrincə yaxın Şərq ölkələr gələcək 10 il ərzində 110 milyard dəyərində silah idxal edəcəkdir. 

Silah ixracat bazarında isə Amerika və Rusiya birinci və ikinci yerlər tutan ölkələr siyahında yer tapmışdır.  Yaxın şərq ölkələrinin bu qədər silah idxal etmələrinin əsas səbəbi , Ərəb ölkələrində son 10 ərzində ifratçı müsəlman simalı şəxslərin fitnələr törətməsidir.

Hoccətul İslam: Yusif Əliyev. 

Mgeo.ge

Bənzər Olanlar