Paylaş
Facebook Twitter Google+

Kreml avqust savaşını araşdırmaqdan imtina etdi

Muslims in Georgia

2016-02-02 09:16:53 612 Xəbərlər






Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma əsasnaməsini ratifikasiya etmədiyinə görə 2008-ci il Gürcüstanda baş verən situasiyanın araşdırılmasında iştirak etməyəcək.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Ədliyyə Nazirliyi yayıb.

 

Qeyd edək ki, dünən Tiflisin təşəbbüsü ilə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci ildə Gürcüstanda baş verən müharibənin araşdırılmasına başlayıb.

 

2008-ci ilin avqustunda Cənubi Osetiyaya rus qoşunlarının yeridilməsi Gürcüstanı təcili addımlar atmağa vadar etdi. Nəticədə Rusiya-Gürcüstan müharibəsi başladı və Cənubi Osetiya Gürcüstandan ayrıldı. İndiyə qədər qondarma respublika Tiflisə tabe olmadığını bəyan edir. Dünyada hələlik qondarma respublikanın varlığını yalnız Rusiya rəsmən tanıyıb.

 

Rusiya Roma əsasnaməsinə 2000-ci ildə imza atsa da, hələ də onu təsdiqləməyib.

Bənzər Olanlar