Paylaş
Facebook Twitter Google+

Putin Lavrovu ordenlə təltif edib

Muslims in Georgia

2015-03-23 09:45:28 1094 Xəbərlər





Rusiyanın xarici işlər naziriSergey Lavrov I dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.

 

Mgeo.ge-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimi Putin fərman imzalayıb.

 

Məlumatda deyilir ki, S. Lavrov bu mükafata Rusiya Federasiyasının xarici siyasət kursunun reallaşdırılmasında mühüm xidmətlərinə və çoxillik diplomatik fəaliyyətinə görə layiq görülüb.

 

Bundan başqa, bu gün Rusiya patriarxı Kirill xarici işlər nazirini birinci dərəcəli müqəddəs Sergiy Radonejskiy ordeni ilə təltif edib.

 

Rusiya Pravoslav Kilsəsinin teleqramında deyilir ki, orden S. Lavrova Rusiya Pravoslav Kilsəsi üçün görülən işlərə ayırdığı diqqətə və nazirin 65 illik yubileyi şərəfinə təqdim edilir.

 

Qeyd edək ki, S. Lavrov buna qədər Aleksandr Nevski mükafatı, 4-cü, 3-cü və 2-ci dərəcəli “Vətənə xidmət” ordenləri ilə də təltif olunub. 




APA


Bənzər Olanlar