Paylaş
Facebook Twitter Google+

Rəfsəncani İslam İnqilabının banisinin məzarı kənarında dəfn edildi-Video

Muslims in Georgia

2017-01-10 13:56:25 207 Xəbərlər

İranın nüfuzlu siyasətçi din alimi Əkbər Haşemi Rəfsəncani islam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin məzarı kənarında dəfn edildi.

 

İslaminSesi.info xəbər verir ki, Haşemi Rəfsəncaninin nəşinə bu gün Tehran Universitetinin namazxanasında cənazə namazı qılınıb.

 

Cənazə namazı Ayətullah Xamenei tərəfindən qılınıb.

 

Daha sonra isə mərhum siyasətçinin nəşi Tehranın cənubunda yerləşən İslam İnqilabının banisinin məzarının kənarında dəfn edilib.

 

İranlılar, ölkənin rəsmiləri və din alimlər, eləcə də xaricdən gələn rəsmi qonaqlar onun dəfn mərasimində kütləvi şəkildə iştriak ediblər.

 

 

 

 

Bənzər Olanlar